2 Noyabr, 2013
İnsanın əsl dəyəri nədir?

XX əsrin böyük din alimlərindən olan filosof, mövləvişünas və nizamişünas Əllamə Məhəmməd Təqi Cəfəri Təbrizi(r) nəql edir ki, dünyanın bir çox ölkələrindən olan sosioloqlar Danimarkada bir elmi konfransda yığışmışdılar. Konfransın mövzusu "İnsanın əsl dəyəri nədir?" idi.

Konfransda bir çox mütəxəssislər öz nəzərlərini bölüşdülər. Növbə mənə çatdı. Mən kürsüyə qalxıb nitq söylədim. Nitqimdə bildirdim ki, insanın dəyərini müəyyən etmək üçün fərd olaraq müəyyən etmək lazımdır. Yəni onun nəyə bağlı olduğunu və nəyə məhəbbət bəslədiyini bilmək lazımdır. Yalnız bununla onun həqiqi dəyərini bilmək olar. Məsələn, əgər bir insan iki mərtəbəli evə məhəbbət bəsləyirsə onun dəyəri həmin iki mərtəbə ev qədərdi. Yaxud hansısa avtomobilə bağlıdırsa onun dəyəri həmin avtomobil qədərdir. Və əgər kimsə Allaha məhəbbət bəsləyirsə onun dəyəri Allah ölçüsündədir.

Əllamə(r) deyir ki, bu mövzu ətrafında bəhs edib kürsüdən enən zaman zalda əyləşənlər ayağa qalxıb bir neçə dəqiqə mənə əl çaldılar. Elə ki onların alqışları bitdi, mən yenidən kürsüyə qalxdım və dedim: "Bu sözlər mənə aid deyil. Bu Əli(ə) adlı şəxsin sözləridir. O Nəhcül-Bəlağə adlı kitabında belə buyurmuşdur: "İnsanın dəyəri sevdiyi şey qədərdir".

Bu sözləri deyib qurtarandan sonra zalda əyləşənlər Əmirəl-mömininin müqəddəs vücudunun ehtiramına yenidən ayağa qalxıb əl çaldılar və bir neçə dəfə onun adını təkrar etdilər...

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1669.html