1 Noyabr, 2013
Misir şiələri xristian və yəhudilər kimi haqlarının tanınmasını tələb ediblər

Misir şiələri Konstitusiya İslahatları Komissiyasına yazdıqları məktubda öz haqlarını tələb ediblər.

Misirin şiə cəmiyyətləri tərəfindən yazılan məktubda ölkədə şiəliyin tarixən mövcud olduğu vurğulanıb və qeyd olunub ki, Ənvər Sədatın zamanında şiə məzhəbi rəsmi olaraq dövlət tərəfindən tanınıb və "əl-Əzhər" universitetində də şiə fiqhi tədris olunur.

Bundan başqa məktubda İslam dininin rəsmi bir məzhəbi olan şiəliyin ölkədəki davamçılarına məscid və hüseyniyyələr tikməyə və dini ayinlərini icra etməyə rəsmi icazə verilməsi tələb olunub.

 

islamaz

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1668.html