22 Oktyabr, 2013
Azərbaycanlı zəvvarların ilk qrupu bu axşam vətənə qayıdacaq

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarların ilk qrupu bu gün axşam saat 19.00-da vətənə qayıdacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun sözlərinə görə, zəvvarlarımız son ayinləri başa vurublar. Zəvvarların geri dönüşü hər gün olmaqla oktyabrın 29-dək davam edəcək.

M.Payızov bəzi zəvvarların qrip xəsətəliyinə də yoluxmasına münasibət bildirib: "Zəvvarlarımızın bir neçəsi qrip xəstəliyinə yoluxub. Bu da Məkkə kimi yerdə təbii qarşılanmalıdır. Çünki 4 milyondan çox zəvvarın olduğu yerdə müxtəlif xəstəliklər olur. Bunun üçün də QMİ əvvəlcədən qabaqlayıcı tədbirlər görüb. Zəvvarlarımız narahatçılığı üçün heç bir əsas yoxdur."

Xatırladaq ki, bu il 3700 azərbaycanlı zəvvar Həcc ziyarətinə gedib.

 

salamnews


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1653.html