
Livan mətbuatının verdiyi məlumata görə, Qurban bayramı axşamında Hizbullah təşkilatının rəhbəri Seyyid həsən Nəsrullaha qarşı törədilməsi nəzərdə tutulan terror aktının qarşısı alınıb.
Məlumata görə, Seyyid Həsən Nəsrullahın Qurban bayramı münasibətilə "Zahiyə" məntəqəsində çıxış edəcəyi barədə xəbərlər yayıldıqdan sonra həmin məntəqədə Seyyid Həsən Nəsrullahın keçəcəyi yolun kənarında içərisinə idarə olunan bomba yerləşdirilmiş avtomobil park edilib. Bildirilir ki, avtomobilin içərisindən xeyli sayda partlayıcı maddə aşkarlanıb.