
Hicri təqvimi ilə Zil Qədə ayının sonuncu günündə zalım insanlar tərəfindən məzlumcasına şəhid edilən İmam Cəvadın (ə.s.) əza mərasimi xüsusi qeydlə həyata keçirildi.
Belə ki, həzrəti Xanım Fatiməyi Məsumənin (ə.s.) hərəminin xadimləri, Hicri Qəməri tarixi ilə 200-ci illərin ortalarında İmam Həsən Əskərinin (ə.s.) tapşırığı ilə tikilmiş “Məscidi İmam Həsən Əskəri” məscidindən başlayaraq həzrəti Məsumənin(ə.s.) hərəminə kimi əza yürüşü keçiriblər.