
Oyktabrın 3-də azərbaycanlı zəvvarları Həccə aparacaq ilk təyyarə Bakıdan Məkkəyə yola düşəcək. Digər təyyarə reysləri də 3 gün ərzində reallaşdırılacaq.
Zəvvarlar oktyabrın 3-dən 8-nə qədər 14 təyyarə reysi ilə Məkkəyə yola salınacaq. Qafqaz Müsəlmanları İdarəsində bir neçə ay əvvəldən Həccə gedən insanların maariflənməsi üçün kurslar təşkil edilib. Zəvvarlar 42-45 nəfərlik qruplara bölünüb. Qrup rəhbərləri həmin zəvvarları ziyarətə hazırlayıblar.
Oktyabrın 15-16-da Həcc ziyarəti başa çatacaq.