
Küveytli sünni alim Tarik Seveydini Səudiyyə hökuməti ölkəyə daxil olmağa qadağan edib. Bu haqda Suveydin özünün twitter sosial şəbəkəsindəki səhifəsində bildirib. O, Səudiyyə hökumətinin onu Həcc ziyarətinə buraxmadıqlarının səbəbini onun Misirdə baş vermiş hərbi çevrilişlə bağlı fikirlərinə görə olduğunu deyib.
Xatırladaq ki, məşhur yazıçı və alim olan Tarik Suveydin bir neçə ay öncə "Youtube" saytında yayımladığı videosunda şiələri dəstəklədiyinə görə təkfir olunmuşdur. O, dediyi "Şiələri müdafiə etmək üçün özümü fəda etməyə hazıram." sözlərinə görə müxtəlif təzyiqlərə məruz qalmışdır.