1 Oktyabr, 2013
Islam Aşağı Saksoniyada rəsmi din olacaq

Almaniyada Bremen və Hamburg əyalətlərinin ardından Aşağı Saksonya əyalətində İslamın rəsmi din olaraq qəbul edilməsi məqsədiylə sözləşmə imzalanıb.

Aşağı Saksonya əyalətinin Baş naziri Stefan Veil, əyalətin hökumət evində İslamın rəsmi din olaraq qəbul edilməsi məqsədiylə yerli islam icmalarının rəhbərləriiylə sözləşmə imzalayaraq İslamın əyalətdə rəsmi din kimi qəbul olunması ətrafında müzakirələrə başlayıb.

Müsəlmanların Aşağı Saksonya əyaləti cəmiyyətinin əhəmiyyətli bir parçası olduğunu ifadə edən Baş nazir, bu razılaşmayla və qərarla müsəlmanlara hörmətlərinin olduğunu ifadə edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1618.html