
Səudiyyə Ərəbistandan verilən məlumata görə, Səudiyyə Ərəbistanı Həcc Nazirliyi Həcc ziyarəti zamanı təhlükəsizliyin təmin edilməsini sionistlərə məxsus şirkətə həvalə edib.
"G4S" adlı şirkət İngiltərədə təsis edilsə də həmin şirkətin sionistlərə məxsus olduğu bildirilir. Verilən məlumatlara görə, bu şirkət işğal edilmiş Fələstində torpaqlarında yoxlama-keçid məntəqələrinin və türmələrinin təhlükəsizliyini təmin edir.
Həmçinin bildirilir ki, bu şirkət işğal edilmiş Fələstin torpaqlarında "Haşmira", Səudiyyə Ərəbistanında isə "əl-Məcal" adı altında fəaliyyət göstərir.