
Əl Əzhər Universitetinin bir sıra nüfuzlu alimləri məşhur sünni ilahiyyatçısı Yusif Əl Kardavinin Misir vətəndaşlığından məhrum olunmasını təklif ediblər. Alimlər Əl Kardavini dövlətə xəyanətdə günahlandırıllar. Onların sözlərinə görə Yusif Əl Kardavi Misirdə "Müsəlman qardaşlarının" leyhinə fətvalar verərək ölkədə fitnənin yayılmasına zəmin yaradıb. Alimlər fətvalarıyla xarici güvvələrin Misirə müdaxiləsinin tərəfdarı olduğunu göstərən Əl Kardavinin xəyanətkar olduğunu və ölkə qanunlara görə vətəndaşlıqdan məhrum olunmasının labüd olduğunu bildiriblər.
Xatırladaq ki, bir müddət öncə bəzi alimlər Əl Kardavini Əl Əzhər Universitetinin Ali Üləmalar Şurasının üzvlüyündən xaric edilməsini istəsələrdə, Əl Əzhərin şeyxi Əhməd Tayyib buna mane olmuşdur.