25 Sentyabr, 2013
Nyu Yorkda dünya müsəlmanlarına dəstək məqsədiylə marafon təşkil olunub

ABŞ müsəlmanları Nyu Yorkun məşhur Medison prospektində yığışaraq dünyadakı bütün din qardaşlarına dəstəklərini ifadə etmək məqsədiylə marafon təşkil ediblər.

Marafondan öncə müsəlmanlar camaat namazı qılıblar. Namazdan sonra aksiya iştirakçıları öz doğma ölkələrinin bayraqların əllərinə alaraq marafona başlayıblar.  Qaçış zamanı iştirakçılar dünya müsəlmanlarına dualar və müsəlmanlara zorakılıq edənlərə qarşı şüarlar səsləndiriblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1607.html