
Misir məhkəməsi sentyabrın 23-də ölkədə "Müsəlman qardaşlar" hərəkatının fəaliyyətinin qadağan edilməsi haqqında qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, təşkilatın bütün əmlakı və aktivləri müsadirə olunacaq. Bu, ordu tərəfindən dəstəklənən hökumətin hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin başçılıq etdiyi islamçı hərakatı zəiflətmək istiqamətində kampaniyasının daha da genişləndirilməsi kimi qiymətləndirilir.
"əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, ölkə hökuməti hələ ki bununla bağlı rəsmi açıqlama verməyib.