
ABŞda fəaliyyət göstərən İslam Əlaqələri Şurası (The Council on American-Islamic Relations - CAIR) ölkədə İslam əleyhinə fəaliyyət göstərən şəbəkələr və onların maliyyə xərcləri haqqında hesabat hazırlayıb.
Hesabata əsasən, ABŞ-da 2008-2011-ci illərdə İslam əeyhinə təbliğata 119 milyon 662 mindən çox dollar xərclənib. Araşdırmaya görə, ABŞ-da İslamofobiyanı dəstəkləyən daxili şəbəkənin ən azı 37 qrupdan ibarət olduğu bildirilib. Ölkədə 2012-ci il islamofobiyanın səviyyəsi 10 ballıq cədvəllə 5.9 bal olaraq qeyd edilib.
Hesabatda 2011-2012-ci illər ərzində ABŞın müxtəlif ştatlarında yerləşən məscidlərə 51 dəfə hücum edildiyi göstərilir.
Qeyd edək ki, İslam Əlaqələri Şurası (The Council on American-Islamic Relations - CAIR) ABŞ-da insan haqlarını müdafiə edən ən böyük müsəlman təşkilatıdır.