
ABŞda 11 Sentyabr hadisəsində ölən insanların sayı qədər Qurani Kərimi yandırmağa hazırlaşan keşiş həbs olunub.
Polislər keşiş Terri Cons və köməkçisinin Florida ştatının Mulberri qəsəbəsində içərisində təxminən 3 min Qurani Kərim olan yük maşınını yandırmaq istəyərkən həbs edib.
Terri Cons 11 Sentyabrı Beynəlxalq Quran yandırma günü kimi elan edib və 12 il əvvəl 11 Sentyabr hücumlarında həyatını itirən hər bir insan üçün 2 min 998 Qurani Kərimi yandırmağı planladığını söyləyib.
Xatırladaq ki, keşiş Terri Cons 2011 ci ildə öz tərəfdarlarıyla Quran yandırmışdır. Bu hadisədən sonra Misir məhkəməsi onun haqqında qiyabi ölüm hökmü çıxarmışdır.