10 Sentyabr, 2013
Keçmiş islamofob İslam partiyası yaradır

Niderlandlı siyasətçi, ölkə parlamentinin üzvü Arno van Dorn İslam prinsiplərinə uyğun partiya yaratmaq qərarına gəlib. Van Dorn İslam partiyası yaratmaq istəyini Twitter sosial şəbəkəsində açıqlayıb.

Arno van Dorn 2011 ci ilə qədər Niderlandda fəaliyyət göstərən "Azadlıq" partiyasının üzvü və onun lideri islamofob Hert Vildersin köməkçisi olub. Həmçinin van Dorn qalmaqallı islamofob "Fitnə" filiminin çəkilişindədə iştirak etmişdir.  2011 ci ilin sonlarında van Dorn İslamı qəbul etmiş və partiya sıralarını tərk etmişdir.

2012 ci ildə Arno van Dorn ümrə ziyarəti zamanı müsəlmanlardan filmə görə üzr istəmişdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1588.html