9 Sentyabr, 2013
Müsəlman olandan sonra minlərlə insanı İslama dəvət edən keçmiş xristian missioner

 

Afrikanın Syerra Leone ölkəsində yaşayan, ölkədə gəzərək insanları Xristian dininə dəvət edən xristian missioner İslamı qəbul edib. O, müsəlman olandan sonra minlərlə insanı İslama dəvət edib.

Anadolu Agentliyinə müsahibə verən Musa Banqura bildirib ki, "Uzun illər mən öz ölkəmdə müsəlmanları xristianlığı qəbul etməyə çağıırdım. Sonra yuxuda mənə İslam qəbul etməyi təklif etdilər. İslam ədəbiyyatın oxumağa başladım və həqiqi dinin İslam olduğunu yəginləşdirib İslamı qəbul etdim."

Xristianlıq haqqında dərin biliklərə malik olan Musa Banqura İslamı qəbul etdikdən sonra asanlıqla ətrafdakı insanlara hər iki dinin arasındakı fərqləri başa salır və onları həqiqi dinə dəvət edir.

İslamı qəbul edəndən sonra Musa Banqura Why Islam? (Niyə İslam ?) adlı sayt yaradaraq insanları İslama dəvət etməyə başlayıb. İndiyənədək Musa Banquranın dəvəti nəticəsində 8000 cox insan İslamı qəbul edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1586.html