
Ayətullah Seyid Əli Xamenei 22-ci illik Namaz Qurultayına məktub ünvanlayıb. Məktubunda Ayatullah Xamenei namazın keyfiyyətini artırmağı, namaz mədəniyyətini yaymağı bütün möminlərin ən prioritet vəzifəsi olduğunu bildirib.
Məktubda Ayətullah Xamenei namaz mədəniyyəti haqqında qısaca şərh verərək bildirib ki, "namaz mədəniyyəti deyiləndə namaz qılan şəxs namazı Allahla görüş yeri kimi təyin etməli, namazda huzu və huşu halında olmağa çalışmalıdır. Namaz qıldığı zaman Allahla ünsiyyətdə olduğunu bilməlidir. Namazın kamilləşməsinə kömək edən ən başlıca amillərdən biri, namazın vaxtında qılınmasıdır."