
Kanadanın Qvebek əyalətinin Saquena kəndində yerləşən məscidin qapı və divarlarına donuz qanı sürtülüb.
Saquena bələdiyyə başçısı Jan Tremblei məscidə qarşı törədilən bu hücumu islamofobik hərəkət olduğunu və şəxsən şoka düşdüyünü bildirib. Məscidin nümayəndəsi Hüseyn Həsən bu hadisəni törədənlərin Saquena əhalisini təmsil etmədiyini və hadisədən təsirləndiklərini söyləyib.
Saquena polisi rəisi Denis Harvi isə hadisəni törədənlərin barəsində cinayət işinin açıldığını bildirib.