
Nyu-York Polis İdarəsi şəhərdəki məscidlərin hamısının terror təşkilatı kimi təsnif olunması barədə gizli göstəriş verib.
Associated Press agentliyinin verdiyi məlumata görə, bu təsnifat Nyu-York polisinin məscidlərə öz cəsuslarını göndərməsinə və orada casusluq cihazlarını quraşdırmasına imkan verir. Bundan başqa, məscidə gələn istənilən şəxslə bağlı istintaq işi başladıla bilər.
Qeyd edək ki, Nyu-York polisinin fəaliyyəti son zamanlarda hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid olunur. Eyni zamanda bu ay Nyu-York məhkəməsi ölkənin hüquq müdafiə orqanları Konstitusiyanı pozaraq, irqi göstəricilər üzrə həbs və axtarışlar həyata keçirdiklərini etiraf edib.