28 Avqust, 2013
Azərbaycanda Həcc ziyarətinin başlanma tarixi dəyişib

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların səfərlərinin başlanma tarixi dəyişib.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Həccə ziyarət oktyabrın 2-si yox, 3-dən başlayacaq.

Buna səbəb səfər uçuşlarını həyata keçirən aviaşirkətin uçuş şərtlərində dəyişikliklər etməsidir. Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir.

Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.

 

apa

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1571.html