
Bəhreyndə Ali Xəlifə rejiminin hərbçiləri Əl Maamir bölgəsində yerləşən İmam Rza (ə.s.) məscidinə hücum ediblər.
Əl Vifaq İslam cəmiyyətinin verdiyi məlumata görə, namaz vaxtı hərbiçilər məscidə hücum edərək, məscidi atəş açıblar. Nəticədə məscidə ziyan dəyib.
2011-ci il fevral ayından başlanan Bəhreyn inqilabından bu yana Ali Xəlifə rejimi onlarla şiə məscidinə hücum ediblər.