26 Avqust, 2013
Myanmada müsəlmanlara qarşı zorakılığın yeni dalğası başlayıb

Ötən gün Myanmanın Saqainq ştatının Kantbalu şəhərində müsəlmanlara qarşı hücumlar baş verib.  Hadisə yerli polisin müsəlman ailəsindən  olan bir cavan oğlanı buddist olan bir qıza qarşı törətdiyi cinayətə görə həbsindən sonra baş vermişdir. Yerli buddist əhali polis mənətqəsinə yığışaraq şübhəli şəxsin onlara verilməsini tələb ediblər. Polisin rədd cavabından sonra buddistlər ətrafda yaşayan müsəlmanlara hücum edərək bir saat ərzində müsəlmanlara aid 42 ev və 15 mağazanı yandırıblar.  Yerli güc strukturlarının hava atəşlərindən sonra buddistlərin hücumlarının qarşısı alınmışdır.

Xatırladaq ki, Maynamada 2011 ci hakimiyyət dəyişikliyindən sonra buddistlərin müsəlmanlara qarşı zorakılığı səngimək bilmir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1566.html