
Qum İslami Elmlər Mərkəzi təqlid mərcilərindən Ayətullah Hüseyn Nuri Həmədani Misirdə baş verən şiddətli hadisələrdən narahat olduğunu bildirib.
Ayətullah Həmədani Qum şəhərini ziyarət edən bir qrup İndoneziyalı din alimlərini qəbul edib. Qəbul zamanı alimlər qarşısında çıxışında Ayatullah Həmədani Misirdə baş verən problemlərin təməlində güclü dini liderin olmamasının nəticəsi olduğunu bildirib. Alim dini liderin olmamasənı bir çox ölkədə yaşanan İslami oyanış hərəkətindəki əhəmiyyətli bir əskiklik olduğunu ifadə edib.
Ayətullah Nuri Həmədani müsəlmanları İslam düşmənlərinin sui-qəsdləri qarşısında oyaq olmalarına çağırıb.