14 Avqust, 2013
Şiə olduqlarına görə bayram namazına buraxılmadılar

İndoneziyanın tərkibində olan Yava adasının şərqində yerləşən Sidarjo məscidində Bayram namazı zamanı şiələri məscidə və məcidin həyətinə buraxmayıblar. Bu azmış kimi, məscidin həyətində namaz qılan şiələri yanından pərdə asaraq onları özlərindən ayırıblar. Şiələr isə namazlarını yerdə qılmağa məcbur olublar. Şiələrin müsəlman olmadıqlarına görə bu hərəkət etdiyini bildirən məscid əhli, onlarla birlikdə namaz qılmaq istəmədiklərini bildiriblər.

İndoneziyanın Dini İşlər Naziri Əli Suryadharma bu hadisəyə şərh verərək sünnilərin tərəfində olduğunu və şiələrin sünniliyi qəbul etməsini istəyib. Nazirin bu şərhi ölkədə fəaliyyət göstərən hüquq müdafiəçiləri tərəfindən sərt qarşılanaraq tənqid olunub. Hüquq müdafiə təşkilatları hökumətdən Naziri istefaya göndərilməsini tələb ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1564.html