14 Avqust, 2013
Myanmada müsəlmanlara təzyiqlər davam edir

Myanmada hökumət qüvvələri və buddistlər tərəfindən müsəlmanlara qarşı yönələn təzyiqlər davam edir.

Keçən həftə paytaxt yaxınlığında yerləşən əyalətlərin birində ölmüş müsəlmanın nəşi ətrafında qalmaqal baş verib. Hadisə zamanı polis müsəlman əhaliyə qarşı atəş açıb. Nəticədə iki müsəlman həlak olub, bir necə insan yaralanıb.

Keçən ildən bəri buddistlər tərəfindən davam edən hücumlar nəticəsində Myanmada 192 müsəlman həlak olub, 140 mindən artıq insan evlərini tərk etmək məcbiriyyətində qalıblar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1562.html