13 Avqust, 2013
Sələfilər şəhid Şeyx Şəhatənin qardaşının evinə hücum ediblər

Bir qrup sələfi ekstremist Şəhid Şeyx Şəhatənin qardaşı İsmayıl Şəhatənin evinə hücum ediblər. Hücum zamanı onlar kənd sakinlərinin gözləri önündə İsmayıl Şəhatəni, qardaşı şəhid Həsən Şəhatəni və şiəliyi təhqir edərək ev əhalisini ölümlə təhdid ediblər. Polisin hadisəyə müdaxilə etməsindən sonra üç sələfi həbs olunub. Onların hər üçünün sələfi "Ən-Nur" partiyasının üzvləri olduğu bildirilir.

Xatırladaq ki, Şeyx Həsən Şəhatə iki ay öncə evində Hz Mehdinin (ə.f.) mövludu tədbirin təşkil etdiyi zaman, sələfi ekstremistlər evə hücüm edərək Şeyx Şəhatəylə birlikdə üç şiə müsəlmanını vəhşicəsinə qətl etmişdilər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1560.html