
Bu gün Ramazan ayının sonucu, yəni 30-cu günüdür. Ölkə müsəlmanları Ramazan bayramını sabah qeyd edəcəklər.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni Ay Azərbaycan ərazisində müşahidə olunmayıb. Sabah Azərbaycanda, o cümlədən Bakı məscidlərində səhər saat 9.00-da bayram namazı qılınacaq. Bayram namazı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə avqustun 9-da TəzəPir məscidində icra olunacaq.