7 Avqust, 2013
İordaniyada keçirilən Quran yarışmasında qaliblər müəyyənləşib

İordaniyada 43 müsəlman ölkələrinin iştirakı ilə keçirilən Beynəlxaq Quran müsabiqəsinin qalibləri müəyyən olub. Təcvid və təfsir daxil olmaqla Quranı əzbərdən ən yaxşı bilən Misirli Əhməd əs Said Saleh seçilib. İkinci yeri Səudiyyə Ərəbistanından Ənvər ibni İbrahim, üçüncü yeri Suriyalı Muhamməd Abdulhəmid seçilib. Qaliblərə müxtəlif hədiyyələr və pul mükafatı veriblər.

Qeyd edək ki, bu müsabiqədə yaşı 30 dan aşağı olan gənc Quran hafizləri iştirak etmək hüququna malik idilər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1545.html