6 Avqust, 2013
Ayatullah Sübhani təkfirçi alimləri tənqid etdi

Müsəlman aləminin böyük alimlərindən Ayatullah Cəfər Sübhani İslam ümmətində fitnə yayan təkfirçi alimləri tənqid edib.

Tədris etdiyi Quran Təfsiri dərslərinin biridə çıxış edən Ayatullah Sübhani alimlərin müsəlman ümmətini Suriyaya müharibəyə cağırmaqdansa birləşib İsrail rejiminə, İslam düşmənlərinə qarşı mübarizə etməyə cağırış etmələrini tövsiyə etdi.

"Alimlərin arasında cox savadlı və intellektual insanların olmasına baxmayaraq, onlar insanları Suriyada müharibəyə cağırıllar. Bu müharibə müsəlmnları bir birinə qarşı edən fitnədən başqa bir şey deyildir."

Müsəlman alimlərinin Fələstin xalqının problemlərinə biganə olduğuğunu vurğulayan Ayatullah Sübhani, alimlərin İsrail rejiminə qarşı neytral olmaqlarından təəssüf hissi keçirdiyini söyleyib.

Ayatullah Sübhani həmçinin ABŞın və ABnin İran və Hizbullah təşkilatına qarşı qəbul etdiyi sanksiyaları pisləyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1542.html