
Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimovun mətbuata verdiyi məlumata görə , Nardaran ağsaqqalı, Quran müəllimi Hacı Əli Hüseynov həbs olunub.
Onun sözlərinə görə, Hacı Əli Hüseynovu polis bölməsinə aparıblar. Sonra isə ona 9 sutkalıq həbs cəzası verilib.
Cəzanın səbəbi Beynəlxaql Qüds Günü münasibətilə Nardaranda keçirilən yürüşdə İsrail rejimi və ABŞ-ın bayrağının yandırılması olub.
Hüquq-mühafizə orqanları ABŞ və İsrailin bayraqlarının yandırmağa kimsənin ixtiyarı olmadığını bildirib.