3 Avqust, 2013
Papa Mübarək Ramazan bayramı münasibətilə müsəlmanları təbrik etdi

Katolik kilsəsinin Papası Fransisk Mübarək Ramazan bayramı münasibətilə İslam dünyasına xitabən təbrik bəyənatı yayıb.

Fərdi olaraq təbrik mesajını ənənələri pozaraq öz əli ilə yazan Papa bəyənatda "Müsəlmanların dostuyam" mesajını verib.

Papa yaydığı bəyənatda bildirib ki , "Oruca, ibadətə, sədəqə çağıran Mübarək Ramazan ayının sonlandığı Fitr Bayramı (Ramazan Bayramı) vəsiləsiylə sizlərə salamımı çatdırmaqdan böyük məmnuniyyət duyuram. Bu il, Papalığımın ilk ilində, bu ənənəvi mesajı şəxsən mən imzalamaq və göndərmək istədim.

Sevimli dostlarım, başda dini liderlər olmaq üzrə bütün müsəlmanlara hörmət və dostluğumu ifadə etmək istəyərəm. Bütün müsəlmanları qarşıdan gələn Fitr bayramı münasibətilə təbrik edirəm."

Bəyanatın sonunda Papa insanları qarşılıqlı hörmətə və dialoqa çağırıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1533.html