
İrsailin Haaretz qəzetinin verdiyi məlumata görə, Qüdsdə yerləşən Davud Peyğəmbərin məscidi yəhudi sinaqoquna çeviriləcək, məsciddəki bütün İslami izlər yox ediləcək.
Məscidul Əqsanın cənubundakı əd-Düccani məhəlləsində yerləşən tarixi məscidə radikal yəhudilər tərəfindən iki dəfə hücum edilib. Hücumlar zamanı məscidin divarlarındakı keramik bəzəkləri və Osmanlı dövründən qalan mərmər bəzəkləri dağıdıblar.
Qəzetin verdiyi məlumata görə, İsrail Antik Əsərlər dairəsinin rəsmisi məsciddə dağıdılan divarların təmir və bərpası olunmayacağını bildirib. Dairə rəsmisini məsciddə ərəb və İslami izlərin yox ediləcəyini və məscidi sinaqoqa çeviriləcəyini bildirib.