2 Avqust, 2013
Oruc tutduğuna görə işdən qovdular

Fransada müsəlmanlara qarşı aparılan təzyiqlər arasında oruc da daxil oldu. Fransada iki müsəlman tərbiyəçi oruc tutduqlarına görə işlərindən qovulublar.

Fransanın Jenvilye şəhərinin bələdiyyəsi Mübarək Ramazan ayında oruc tutduqlarına görə iki müsəlman tərbiyəçinin müqaviləsinə xitam verib. Hadisəni şərh edən bələdiyyə rəsmisi bildirib ki, uşaqlara yay düşərgəsində təlimçilik edən iki müsəlmanın oruclu olmaqları uşaqlara təhlükə yaradır. Bələdiyyə rəsmisinin sözlərinə görə, təlimçilər uşaqlarnan bir yerdə yemək vaxtı yemək yeməlidirlər. Oruc tutan müsəlman təlimçilər isə bu qaydaları pozublar və buna görədə onların müqaviləsinə xitam verilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1529.html