
"Qüds günü" ilk dəfə 1979-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir.
Hər il olduğu kimi, bu ildə də müsəlmanlar meydanlara toplaşaraq Fələstinin İsrail tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasından və Müqəddəs Qüds məscidinin əsarətdən qurtulmasından ötəri yürüşlər və nümayişlər keşirəcəklər.