
Bəhreynin "Quran Care Society" adlı xeyriyyə cəmiyyəti müsəlmanlara 10 milyon Qurani Kərim nüsxəsini paylamağa başlayıblar. Aparılan araşdırmalara görə, Afrika qitəsinin kiçik ölkələrindən olan Benində digər ölkələrə nisbətdə müqəddəs kitabın cox az olduğu müşahidə olunub. Buna görədə təşkilat Qurani Kərimin ilk 100 min nüsxəsini Benində fəaliyyət göstərən 39 islam icmasına paylayıb. Qurani Kərimin digər ölkələr üzrədə paylanması davam edəcək.