31 İyul, 2013
4 yaşında təcvidlə Quran oxuyur

4 yaşlı Fatimə Zəhra Çoban Türkiyənin ən gənc Quran oxuya bilən sakinidir. Türkiyənin Sivas şəhərində yaşayan Fatimə Zəhra Quran kursuna gedən yaşca böyük bacılarından təsirlənərək xüsusi Quran kursuna getməyə başlayıb.  3 yaşında Quran kursuna gedən Fatimə Zəhra bir il ərzində Qurani Kərimi təcvidlə oxumağı öyrənib. Türkiyənin ən gənc Quran oxuya bilən sakini olan Fatimə Zəhra Quran oxumağı çox sevdiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1522.html