
Suriya televiziyası yaxın vaxtlarda təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş israilli cəsusla "İsrilli cəsusun etirafı" adlı müsahibəni yayımlayacaqdır.
Anonslara görə o, Hizbullah təşkilatının hərbi qanadının komandanı olmuş şəhid İmad Muğniyənin necə öldürülməsi və onun öldürülməsilə Suriyaya qarşı planlaşdırılan təxribat planını açıqlayacaqdır. Həmçinin o Suriyanın anarxiyaya sürüklənməsi üçün hazırlanmış instruksiyalar barədə də söhbət açacaqdır.