
Iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci hesabat-seçki Baş Assambleyası keçirilib.
Assambleyada səsvermə zamanı, tam yekdilliklə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarınına ev sahibliyi etməsi haqda qərar qəbul edilib.
Tədbir zamanı İHİF-nın 2013-2017-ci illər müddəti üçün yeni tərkibi müəyyən edilib və Çingiz Hüseynzadə yenidən növbəti 4 illiyə İHİF-nın vitse-prezidenti seçilib. Eyni zamanda struktur dəyişikliyinə əsasən, İHİF 1968-ci ildən bəri fəaliyyəti müddətində ilk dəfə İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq həmyerlimiz Könül Nurullayeva seçilib. Beləliklə, Azərbaycan İslam Həmrəylik İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdir.
2015-ci ildə İslam Həmrəylik İdman Federasiyasının növbəti Baş Assambleyasının Bakıda keçirilməsi haqda da qərar qəbul olunub.