27 İyul, 2013
Misir kilsəsi xristianları oruc tutmağa cağırdı

Misir Ortodoks Kilsəsi, bu ölkədə yaşayan xristianlardan ölkədə baş verən siyasi böhrandan çıxış yolu üçün bu gün axşam namazına qədər meydanlarda olan müsəlmanlarla birlikdə oruc tutmalarını istəyib.

Bu barədə yerli KİV-lərə müsahibəsində Misir Kilsələri Şürasının katibi əl-Anbar Rafael deyib. O bildirib ki : "Ölkənin içində olduğu şərtləri diqqətə alaraq misirli xristianların bu gün axşam namazına qədər meydanlarda olan müsəlmanlarla birlikdə oruc tutmalarının heç bir qorxusu yoxdur. Fərqli dinlərdən olan Misir xalqı üçün ölkənin sabitlik və təhlükəsizliyi hər şeydən daha əhəmiyyətlidir."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1513.html