1 Sentyabr, 2011
Səlah Əbu İsmayıl da Ərdoğanı tənqid edib

Misir prezidentliyinə ehtimal olunacaq namizəd Şeyx Hazim Səlah Əbu İsmayıl Trükiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın fikirlərini sərt tənqid.

Səlah Əbu İsmayıl deyib ki, Ərdoğanın bu sözləri bizim üçün gözlənilməz sözlər oldu. Misir camaatı Ərdoğanla görüşdə İslami hökümət şüarları səsləndirdiyi halda o, onlara Misirdə sekulyar dövlətin qurulmasını tösiyə etdi.

Səlah Əbu İsmayıl deyib ki, Ərdoğana böyük hörmətim var amma o bilməlidir ki, Türkiyə təcrübəsinin Misirdə həyata keçirilməsi qeyri-mümkündür. Çünki Misir xalqı dinin dövlətdən ayrı olması sekulyar quruluşla yox, özlərinin ərsəyə gətirəcəyi quruluşla dünyaya nümunə olmaq niyyətindədir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-151.html