
Ötən şənbə Dubayın Turizm departamenti tərəfindən təşkil olunan "Ramazan-Forum" adlı maarifçilik tədbirləri çərçivəsində İslamı yeni qəbul etmiş əslən Filippindən olan Rəşad İndasanın "Müqəddsə Quranın çağırışı" adlı mühazirəsi olmuşdur. Mühazirədə Rəşad İndasan İslamı necə qəbul etdiyi haqqında məlumat verdi. Müxtəlif dinləri araşdırdıqdan sonra Quranı oxuyub İslam dinin qəbul etdiyi bildirdikdən sonra İndasan mühazirədə iştirak edən insanları İslam dininə dəvət elədi.
Mühazirənin sonunda iştirakçılardan 28 nəfər insan "kəlimeyi şəhadəti" deyərək İslamı qəbul etdiklərini bəyan etdilər.