23 İyul, 2013
Kəbədə təvaf üçün nəzərdə tutulmuş yeni konstruksiya istifadəyə verilir

Müqəddəs Kəbənin ətrafında təvaf üçün nəzərdə tutulan yeni konstruksiya gələn həftə istifadəyə veriləcək. Dairəvi şəkildə olan və digər mərtəbələrnən körpüynən birləşən yeni tikilmiş təvaf konstruksiyasına ilk öncə yaşlı və əlil arabalarında olan zəvvarlar buraxılacaq. Eyni anda konsktruksiyada 7000 min zəvvar təvaf edə biləcək.

Müqəddəs Ramazan ayının son on günlüyündə Kəbəni daha çox insanın ziyarət edəcəyini söyləyən Həcc Nazirliyinin rəsmisi zəvvarların rahatlığı üçün bu addımın atıldığını bildirib.

İndiyənədək Ramazan ayında 5 milyon zəvvar Müqəddəs Kəbəyə ümrə ziyarətinə gəlib. Müqəddəs ayın sonuna kimi zəvvarların 15 milyonu keçəcəyini planlaşdıran Həcc Nazirliyi zəvvarların yüksək səviyyədə təhlüksəziliyinin təmin olunduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1497.html