
Malavidə görmə qüsurlu müsəlmanlar üçün dünyada ilk dəfə İslamı tədris edən məktəbin açılışı olub. Artıq "Mədərsə ən Nur" adlı tədris ocağına 9 yaşından 21 yaşına kimi görmə qüsurlu müsəlmanların qəbuluna başlanıb. Şagirdlərə əsasən Brayl şriftiynən ərəb dili tədris olunacaq. Burada görmə qüsurlu müsəlmanalara Qurani Kərimi oxumağı və İslamı dinin dərinliklərini öyrədəcəklər.
Qeyd edək ki, rəsmi məlumatlara görə Malavidə əhalinin 12% müsəlmanlardan ibarətdir.