21 İyul, 2013
Ayatullah Nuri Hədani bəyanat yayıb

Müsəlman dünyasının böyük alimlərindən olan Ayatullah Hüseyn Nuri Həmədani bəyənat yayaraq Hz.Zeynəbin(s) hərəminə qarşı törədilən terror aktını tənqid edib.

Bəyanatda Ayatullah Nuru Həmədani, bu gün İslam dünyasının ən böyük müsibətinin vəhabi-təkfirçilərinin olduğunu, bu zümrənin çox səhv məntiqləri ilə müsəlmanları qətl etdiklərini və müqəddəs məkanlara hücum etdiklərini bildirib.

Təkfirçilərin İslam düşmənlərin tərəfindən bəsləndiyini yazan Ayetullah Nuru Hemedani, Hz. Zeynəbin (s) türbəsinə təşkil edilən və təxribata gətirib çıxaran hücumu qınadıqlarını vurğulayıb.

Xatırladaq ki, iki gün öncə terrorçular (Nusra cəbhəsi) Suriyada Xanım Zeynəbin (s.ə) ziyarətgahına qumbara-atandan atəş açıblar. Hücum zamanı 1 nəfərin şəhid olub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1490.html