
ABŞ-ın nüfuzlu Kaliforniya Universitetində ilk dəfə gənc müsəlman tələbə, yəhudi təşkilatlarının etirazlarına baxmayaraq, universitetin tələbə idarə heyətinin üzvü seçilib. Sosilogiya fakulətsinin 21 yaşlı tələbəsi Sadia Sayfuddin Reuters agentliyinə verdiyi müsahibədə son dərəcə şad olduğunu dilə gətirdi. 26 tələbə idarə heyəti üzvlərinin arasında Sadia Sayfuddin ilk və tək müsəlmandır.
Qeyd edək ki, Sadianın idarə heyətinə seçilməsi yəhudi təşkilatları tərəfindən sərt qarşılanmışdır. Sadia universitetdə Fələstini dəstəkləyən aktiv tələbələrdəndir. Sadiə universitet rəhbərliyini İsrail ordusuynan əlaqəsi olan şirkətlərə sərmayə qoymamasına cağırış etmiş və rəhbərlıiyin sərmayələri geri götürməsinə nail olmuşdur.