
Türkiyənin Kocaeli şəhərində yaşayan 16 yaşlı Merve Yılmaz iki ilə tamamlanması nəzərdə tutulan Quran hafizlik kursunda dörd ay ərzində Quran hafizi oldu. Cüz cüz Quran öyrənməyə başlayan Merve müvəffəqiyyətini əzmkarlı və yaddaşının iti olmasıyla izah edib. Müftilik Merveni bu müvəffəqiyyətinə görə Ümrə ziyarətinə göndərəcəklərini bildirib.