17 İyul, 2013
Çin alimləri oruc tutmağın fiziki xeyirini sübut ediblər

 

Müqəddəs Ramazan ayında oruc tutmağın müxtəlif xeyirləri haqqında dünyanın müxtəlif yerlərində elmi  araşdırmalar aparılır. Bu dəfə Çin alimlərinin apardığı araşdırmalar nəticəsində sübut olunub ki, oruc tutmaq insanın bağırsaqlarının mikroflorasını yaxşılaşdırır və əhəmiyyətli dərəcədə həyatı uzadır.

Şanxay Nəqliyyat Universitetinin araşdırmaçıları uzun zamandı apardığı təcrübə və təhqiqatlar nəticəsində bu qərara gəliblər.

Siçanlar üzərində aparılan eksperementlər iki hissəyə bölünərək aparılmışdır. Birinci hissədə siçanlara mütamadi qadalandırır, ikinci hissədə siçanları qidadan məhrum edirdilər. Bioloqların gəldiyi nəticəyə görə,  aç qalan heyvanların bağırsaqlarının mikroflorasında böyük fəqlər müşahidə olunub. Aç qalan heyvanların bədənində mikroblar müşahidə olunmayıb, əksinə heyvanların bədənində faydalı bifidobakteriyalar və laktobasillər aşkar olunmuşdur.

Həmçinin alimlər "oruc tutan" siçanların daimi qidalanan heyvanlardan 20% çox yaşadıqlarını müəyyən ediblər. Bioloqlar "oruc tutanların" uzun ömürlülük fenomenini bakteriyaların tərkibinin dəyişməsi nəticəsində maddələr mübadiləsinin və imun sisteminin işini dəyişdirdiyinə görə həyatın uzannmasına təsir etdiyini izah ediblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1479.html