17 İyul, 2013
93 yaşında oruc tutur

İrəliləmiş yaşına və narahatlıqlara baxmayaraq Türkiyədə yaşayan 93 yaşlı Amişan Ceyhan Müqəddəs Ramazan ayında oruc tutur. Torba dolusu dərmanlarını iftarla imsakın arasında istifadə edən 93 yaşlı xanım dünyanın keçici bir ev olduğunu söyləyir, "Bəlkə gələn il Ramazan ayın görə bilmədim. Ramazan ayını ən gözəl şəkildə qiymətləndirməyə çalışıram. Ona görə oruclarımı hər gün tutmağa çalışıram. İstəyirəm ki, son nəfəsimdə belə oruclu olum." İslam dininin əmr etdiklərini yerinə yetirmək lazım olduğuna vurğulayan Amişan nənə : "İndi bəzi insanlarımız heç ölməyəcəkmiş kimi, axirət həyatı yoxmuş kimi həyatını davam etdirir. Dinimizin buyurduqlarını gənclikdə də yaşlıykən də yerinə yetirmək lazımdır."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1475.html