
Misir kilsəsi Müqəddəs Ramazan ayı ərzində müsəlmanlar üçün Qahirənin Təhrir meydanında iftar süfrələrinin təşkil edəcəyini elan edib. Xristian təşkilatçılar öz aksiyalarına "Mərhəmətlinin süfrəsi" adı veriblər. Kilsə nümayəndələri ay ərzində iftar süfrələrini cümə və şənbə günləri təşkil etmək niyyətində olduqlarını bildiriblər.