16 İyul, 2013
Səudiyyə Ərəbistaında iki şiə məscidi hücuma məruz qalıb

Dünən gecə naməlum şəxslər Səudiyyə Ərəbistanından yerləşən iki şiə məscidinə hücum ediblər. Əl Tarafa rayonunda yerləşən Əl-Sunani, Əl Madi rayonunda yerləşən Əl Muhsin məscidlərinə daxil olan naməlum şəxslər məscidin içindəki kitabxananı dağıdaraq Qurani Kərimi  çırıb yerə atıblar. Naməlum şəxslər məscidin daxilində soyducu, kondisioner və başqa əşyalarada sındırıblar.

Qeyd edək ki, bir necə müddət öncə Əl Fayra əyalətində yerləşən daha bir şiə məscidi naməlum şəxslər tərəfindən bu cür hücuma məruz qalmışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1472.html